25.02.2022
25 fevral 2022-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində “Susmayan səs” başlıqlı tamaşa təqdim edilmişdir. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, qazilər, idarə, müəssisə rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tamaşa “Xalq teatrı”nın üzvləri və könüllülər tərəfindən oynanılmışdır. Tamaşada hadisələr 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən Xocalıda dinc azərbaycanlıların və valideynlərinin amansızcasına qətlə yetirilməsininin şəhid olmuş bir uşağın 28 ildən sonra qalib bir dövlətin vətəndaşı kimi qisasını almasından bəhs edilirdi. Körpəsini bağrına basaraq həmkəndlilərini qoruyan ananın fəryadı tamaşaçılar tərəfindən həyacanla izlənilmişdir.
Tamaşanın sonunda fəal könüllülərə “Fəxri Fərman”lar təqdim edilərək xatirə şəkli çəkilmişdir.