Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda 8 mart Beynəlxalq Qadınlar günü qeyd olunub

08.03.2022

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon komitəsinin dəstəyi ilə Nizami adına mədəniyyət evində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş geniş konsert proqramı keçirilib. Bayram tədbirində Ağstafa Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, KİV nümayəndələri və əsasən rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan xanım əməkdaşlar iştirak ediblər.
Tədbirdə çıxış edən Adil Həsənov qadınları bayram münasibətilə təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Həmçinin, konsertdən öncə mədəniyyət sahəsində fərqlənən bir sıra xanım əməkdaşlar fəxri fərman və hədiyyələrlə təltif olunub.
Tədbir Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin əməkdaşlarının, incəsənət ustaların ifasında maraqlı yumoristik səhnələr və şən nəğmələrdən ibarət konsert proqramı ilə davam etdirilib.
Sonda tədbir iştirakçıları açıq havada “Yallı” rəqsinə qoşulublar.

 

266.6 KB

 

229.1 KB

 

249.2 KB

 

214.2 KB

 

212.1 KB

 

216.6 KB

 

220.6 KB

 

218.8 KB

 

219 KB

 

217.7 KB

 

223.6 KB

 

215.3 KB

 

210.6 KB

 

233.4 KB

 

208.4 KB

 

198.8 KB

 

276 KB

 

290.9 KB

 

236.7 KB

 

301.8 KB

 

220.5 KB

 

229.9 KB

 

292.3 KB