Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

El şairi kitabını Ağstafa rayon Mərkəzi kitabxanasına hədiyyə etdi

11.03.2022

11 mart 2022-ci il tarixində el şairi Fazil Sadıq müəllifi olduğu "Haça dağın ətəyində" adlı kitabını Ağstafa rayon Mərkəzi kitabxanasına hədiyyə etdi.
Bu kitab Fazil Sadıqın beşinci kitabıdır. Kitabda müəllifin illərlə qələmə aldığı qəlbindən qopan səslər, türkçülük düşüncələri və vətənpərvərlik haqqında şeirlərdən nümunələr toplanmışdır. Görkəmli el şairinin Mərkəzi kitabxananın fondunda "Divanilər və qoşmalar" adlı kitabı da mövcuddur. 
El şairi kimi şöhrət qazanmış Fazil Sadıq şeirləri ilə oxucular arasında xüsusi hörmət qazanmışdır. Onun klassik üslubda, xalq poeziyası ruhunda yazdığı qoşma, divani, gəraylı və digər şeirləri dillər əzbəridir. İndiyə qədər çap olunmuş kitabları el-obamızda əl-əl gəzir