Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib

16.03.2022

16 mart 2022-ci il tarixdə Qazaxda Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhid ailələri, qazilər, müəssisə və təşkilat nümayəndələri, rayon ictimaiyyəti iştirak edib.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayon ictimaiyyətini bu gözəl bayram münasibəti ilə təbrik edib və Novruz tonqalını alovlandırıb. 
Tədbirdə həmçinin, 44 günlük Vətən müharibəsi Qazisi Elməddin Yusifovla Bənövşə Əhmədovanın nigah mərasimi keçirilib. Yallı rəqsinin sədaları altında tonqalın ətrafında bəy-gəlinin iştirakı ilə Kosa, Keçəl, Bahar qız və Qazilər yallı gediblər.
Tədbir daha sonra Mədəniyyət Mərkəzinin böyük zalında "Göyəzən" instrumental ansamblının, Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərinin, rayon Mədəniyyət Mərkəzinin "Qönçə" rəqs qrupunun maraqlı çıxışları ilə davam etdirilib. Tədbirin aparıcısı Azərbaycan xalqına gözaydınlığı verərək, 30 illik torpaq həsrətinin sona yetdiyini vurğulayıb. Bu gün şəhidlərimizin qanı bahasına alınmış həmin torpaqlarda Novruz tonqalları alovlandığına görə bu Novruzun xalqımız üçün daha əziz olduğunu söyləyib.

 

148.5 KB

 

170.8 KB

 

154.6 KB

 

207.1 KB

 

176.3 KB

 

167.4 KB

 

179.3 KB

 

183.8 KB

 

152.6 KB

 

202.4 KB

 

221.9 KB

 

118.4 KB

 

123.8 KB

 

140.7 KB

 

120.1 KB

 

128 KB

 

137.3 KB

 

80 KB

 

79.2 KB

 

136.1 KB