01.04.2022
01 aprel 2022-ci il tarixdə Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə muzeyin əməkdaşı Mahmudova Mələk Şıldır qızının təqaüdə yola salınması mərasimi təşkil edilib. Tədbirdə MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, muzeyin direktoru Gülnaz Alişanova və başqaları çıxış edərək ona gələcək həyatında uğurlar arzuladılar.
Sonda yubilyara MİHİ Qazax rayon komitəsinin və muzey əməkdaşlarının hədiyyələri təqdim olundu. Tədbir çay süfrəsi arxasında davam etdirildi.