06.04.2022
06 aprel 2022-ci il tarixdə Ağstafa rayon Mədəniyyət Mərkəzində "Aprel döyüşləri-zəfərə doğru" başlıqlı tədbir keçirildi. Tədbirdə ilk öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mədəniyyət Mərkəzinin əməkdaşı Midvari Əmirova Aprel döyüşləri ilə bağlı tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, Aprel döyüşləri böyük zəfərə doğru gedən yolun başlanğıcı, rəşadətli Azərbaycan Ordusunun qələbəsi idi. Tədbirdə məktəblilərdən Turxan Əliyev, Telli Bayramova şeirlər səsləndirmiş, Elina Quliyevanın məruzəsi dinlənilmiş, həmin dövrün hadisələrinə həsr edilmiş videoçarx təqdim edilmişdir.