18.04.2022
Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu münasibətlə Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində "Açıq qapı" günü keçirilmişdir. Muzey ziyarətçilərinə rayon ərazisində olan tarixi abidələr haqqında ətraflı məlumatlar verilmişdir. Açıq səma altında olan müxtəlif daş plastikası nümunələri ziyarətçilərin böyük marağına səbəb olmuşdur.