Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 May –Şanlı və şərəfli tariximiz

25.05.2018

25.05.2018-ci il tarixdə Tovuz rayon Mərkəzi kitabxanasında  Azərbaycan Xalq Cumhuriyyətinin  100 illiyinə həsr olunmuş “28 May –Şanlı və şərəfli tariximiz “ mövzusunda  tədbir  təşkil olundu.  Tədbiri giriş sözü ilə MKS-nin direktoru Güldərən İbrahimova açaraq  bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti  xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq  müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.

   Məktəblilər Respublika Gününə həsr olunmuş şeirlər və mahnılar  səsləndirdilər

Tədbir  “Azərbaycan Xalq Cumhuriyyəti- 100” adlı sərgiyə baxışla başa çatdı.