Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxanası ”Hüquqlarını bil və faydalan” adlı maarifləndirici tədbir keçirib

25.05.2022

25 may 2022-ci il tarixdə Tovuz rayon Mərkəzi kitabxanası "İnsan hüquqları aylığı" (18 may-18 iyun) çərçivəsində "Hüquqlarını bil və faydalan" adlı maarifləndirici tədbir keçirib. 
Tədbirdə çıxış edənlər insan hüquqları sahəsində görülmüş işlərdən, insan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində qəbul edilmiş sənədlərdən danışıblar. Bildiriblər ki, hal-hazırda Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır. Bugünkü Azərbaycan vətəndaşı hüquqlarını bilən və onun təminatı üçün hər şeyi tələb edən mübariz vətəndaşdır. Bu imkanı yaradan isə dövlətdir. Ümummilli lider Heydər Əliyevin insan hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.