Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyində ”Musiqi beşiyi qədim Şuşa” adlı tədbir keçirildi

25.05.2022

25 May 2022-ci il tarixdə Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyində Şuşa ilinə həsr olunmuş "Musiqi beşiyi qədim Şuşa" adlı tədbir keçirildi. Tədbirdə Ağstafa şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Muzeyin əməkdaşı Mətanət Qəfərova 30 ilə yaxın düşmən əsarətində qalan, mənfur ermənilər tərəfindən işğal olunmuş, nəhayət qəhrəman ordumuz tərəfindən 2020-ci ilin noyabrında işğaldan azad edilmiş qədim Şuşa haqqında maraqlı məlumat verdi, sonra isə Şuşada dünyaya göz açmış bir çox musiqiçilər və bəstəkarlar haqqında danışdı. Muzeyin direktoru Yeganə Əhmədova dövlət başçısı cənab İlham Əliyevin hal-hazırda işğaldan azad olunmuş ərazilərdə apardığı abadlıq və quruculuq işlərindən söz açdı.