Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində “İstedadlar sorağında” adlı Bahar musiqi müsabiqəsinin yekun mərhələsi təşkil olunmuşdur

25.05.2022

24 may 2022-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin dəstəyi ilə Mədəniyyət Mərkəzinin “Göyəzən” ansamblının skiripka ifaçısı Vahid Bayramovun layihəsi əsasında “Şuşa İli”nə həsr edilmiş “İstedadlar sorağında” adlı Bahar musiqi müsabiqəsinin yekun mərhələsi təşkil olunmuşdur. Tədbirdə çıxış edənlər Ağstafa Regional Mədəniyyət idarəsinin Qazax rayon üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ramil Qurbanov, layihə rəhbəri Vahid Bayramov müsabiqə qaliblərinə uğurlar arzuladılar və keçirilən müsabiqənin gənc və yeniyetmələrin musiqi qabiliyyətinin artırılmasında böyük əhəmiyyəti olduğunu qeyd etdilər. Çıxış edənlər bildirdilər ki, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi möhtəşəm hadisəyə çevrildi və ölkənin şanlı tarixinin qızıl salnaməsinə yazılacaq. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacaq. Bu il parlaq və təntənəli tədbirlərlə - festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri ilə yadda qalacaqdır.
Müsabiqə qalibləri diplomlarla mükafatlandırıldı və tədbir qaliblərin ifasında konsert proqramı ilə başa çatdırıldı. 
Sonda qaliblərlə xatirə şəkli çəkdirildi.