Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

TOVUZDA SİLSİLƏ MƏDƏNİ-KÜTLƏVİ TƏDBİRLƏR KEÇİRİLİB

20.06.2022

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində Xalq Rəssamları Arif Hüseynov və Sirus Mirzəzadə ilə görüş keçirilib, əsərlərinin satış sərgisi təşkil edilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, KİV nümayəndələri, müxtəlif idarə və qurumların rəhbərləri, mədəniyyət işçiləri iştirak edib.
Tədbirdə çıxış edənlər ölkəmizdə mədəniyyətə diqqət və qayğıdan, dövlət dəstəyindən danışıb, iki Xalq Rəssamının rəsm əsərlərinin sərgilənməsinin bölgədə mədəni mühitin inkişafına təkan verəcəyini bildiriblər.
Həmçinin, günün ikinci yarısında Nizami adına mədəniyyət mərkəzində ustad aşıq Mikayıl Azaflının həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib. Nümayişdən öncə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, aşığın oğlu Hakim Azaflı, filmin müəllifi -“AzTv Telefilm Yaradıcılıq Birliyi”nin aparıcı rejissoru Elnurə Kazımova çıxış edərək Mikayıl Azaflı yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Mədəniyyət Komitəsinə minnətdarlıqlarını bildiriblər. Ustad Aşığın ”Qoca Qartal” şeirinə bəstələdiyi “Azaflı Dübeytisi” aşıq havası nəvəsi Roman Azaflının ifasında səsləndirilib.
Ustad Aşıq Mikayıl Azaflının ömür yolundan bəhs edən film auditoriyada əyləşənlər tərəfindən böyük maraqla qarşılanıb.