21.06.2022
21 iyun 2022-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxananın oxu zalında Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizəyə həsr olunmuş "Narkomaniya əsrin bəlasıdır" mövzusunda dəyirmi masa təşkil olundu. Tədbirdə müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları haqqında məlumat verildi. Eyni zamanda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində çıxışlar dinlənildi.