Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanası və şəhər filiallarının birgə iştirakı ilə ”Ağ ölümə yox deyək” adlı oxucu konfransı keçirildi

21.06.2022

21 iyun 2022-ci il tarixində Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanası və şəhər filiallarının birgə iştirakı ilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019- 2024-cü illər üçün Dövlət Proqramı"na (22 iyul 2019- cu il 1334 nömrəli Sərəncam) əsasən "Ağ ölümə yox deyək" adlı oxucu konfransı keçirildi. Tədbirdə kitabxananın əməkdaşları, fəal oxucular, şəhər bir saylı məktəbin şagirdləri və tələbə Aysu Bayramlı iştirak etdilər. Tədbiri uşaq şöbəsinin müdiri Suqra Mustafayeva açaraq bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bildirdi. Kitabxananın əməkdaşı Səadət Nağıyeva çıxış edərək, narkomaniyanın və psixotrop maddələrin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verib, narkotik maddələrdən istifadənin qısa zamanda fiziki və psixi asılılıq yaratdığını diqqətə çatdırdı. Buna əsasəndə narkotik maddələrdən istifadə edən insanlara kömək məqsədi ilə tədbirlərin və görüşlərin keçirilməsi, təbliğat işinin gücləndirilməsinin mühüm əhəmiyyətini qeyd etdi.