Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS – nin E.Hüseynov adına Mərkəzi kitabxanası Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar olaraq tədbir keçirib

23.06.2022

21 iyun 2022-ci il tarixdə Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxana  oxu zalında Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü (26.06.1987) ilə əlaqədar olaraq “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “YOX ”deyək” adlı məruzə keçirib. Tədbirdə bir qrup tələbə, şagird, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Fatma Hüseynova xalqların, millətlərin təhlükə mənbəyinə çevrilən, insan həyatında dəhşətli fəsadlar yaradan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyanın qorxulu bir xəstəlik olduğu, yeniyetmə və gənclər arasında ona aludəçiliyin qarşısının alınmasının Azərbaycanda dövlət səviyyəsinə qaldırılaraq Milli Proqramlar qəbul olunması haqqında məlumatlar verib. 
Şöbə müdiri Bəsdi Məmmədova “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “YOX” deyək” adlı məruzəsində qeyd edib ki, inkişaf yolunda inamla irəliləyən ölkəmizdə cəmiyyətin bu gününə və gələcəyinə ağır təsir göstərən narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində uğurlu işlər aparılır. BDU-nun tələbəsi Elşən Rufullayev, lisey tələbəsi Əsgərova Salatın, şagirdlərdən Poladova Xumar, Hacıyev Xəqani, Məmmədova Nərmin bəşəriyyətin ən təhlükəli bəlası olan narkomaniyanın insanın bütün ümid və məqsədlərini məhv edən, ədəbsizlik, yalançılıq kimi iyrənc hərəkətlər törədən bir bəla olduğunu qeyd edərək, bütün gənclərə sağlam həyat tərzi sürməyi arzulayıblar. Tədbirin sonunda mövzuya həsr olunmuş sərgi qarşısında canlı söhbət aparılıb.
Həmçinin, Mərkəzi kitabxananın Uşaq şöbəsi  oxu zalında 26 iyun Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar "Narkomaniya əsrin bəlası"adlı sərgi təşkil edib. Sərgidə fəal oxucular iştirak edib. Şöbənin əməkdaşları sərgi iştirakçılarına bildiriblər ki, narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır.