Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS-nin Xidmət şöbəsi 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə kitab sərgisi təşkil etdi

23.06.2022

22 iyun 2022-ci il tarixində Ağstafa rayon MKS-nin Xidmət şöbəsi 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə "Biz sizdən öyrəndik qəhramanlığı", "Ordumuz qürur mənbəyimizdir" adlı kitab sərgisi təşkil etdi.
Şəhər ictimaiyyəti və kütləvi oxucular üçün təşkil olunan sərgidə müxtəlif mövzularda kitablar və əsasən də tariximizi, milli ordunun misilsiz şücayətlərini özündə əks etdirən kitablar nümayiş olundu. Sərgi şəhər ictimaiyyətinin marağına səbəb oldu.