Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz Dövlət Rəsm Qalereyası tərəfindən Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizəyə həsr olunmuş rəsm sərgisi təşkil olundu

23.06.2022

22 iyun 2022-ci il tarixində Tovuz Dövlət Rəsm Qalereyası tərəfindən Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizəyə həsr olunmuş "Ölümə aparan yol" adlı dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu. 
Sərgidə dərnək üzvü Hicran Tanırverdiyeva narkotik vasitələrin insanların şüuruna, iy bilmə, dad bilmə, eşitmə, görmə qabiliyyətinə mənfi təsir etdiyindən danışdı. Qalereyanın ekskursiyaçısı Xatirə Namazova öz çıxışında uşaqlara və gənclərə bu pis vərdişlərdən uzaq durmağın vacibliyini bildirdi.