Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedaqoji kollektivi 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar tədbir keçirib

26.06.2022

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedaqoji kollektivi 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar qazi Qarayev Namiq Natiq oğlu ilə görüş keçirib. Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev Azərbaycanda ordu quruculuğu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə aparılan islahatlar və s. haqqında məlumat verərək bu gün Azərbaycan ordusunun dünyada ilk sıralarda olduğundan, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi rəşadətdən danışıb.
Qazi Namiq Qarayev çıxışında gənclərdə hərbi-vətənpərvərlik ruhunun aşılanmasının zəruriliyindən söz açıb, ordu sıralarında xidmət etdiyi günlərdən xatirələrini bölüşüb, dövlət tərəfindən ona göstərilən diqqət və qayğıdan danışıb, tədbirin təşkilinə görə məktəbin pedaqoji kollektivinə minnətdarlığını bildirib.