Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş konfrans keçirilib

26.06.2022

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş konfrans keçirilib.
“Cəmiyyətdə Hərbi Vətənpərvərlik” mövzusunda keçirilən elmi praktik konfransda Ağstafa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının, Ağstafa "Gənclər evi” Sosial Xidmət müəssisəsinin, Heydər Əliyev Mərkəzinin, Ağstafa rayon Ağsaqqallar Şurasının əməkdaşları, Qazax Xeyriyyə İctimai Birliyinin üzvləri, qazilər, sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan  Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev 44 günlük Vətən müharibəsində ağstafalıların ön cəbhədə və arxa cəbhədə göstərdikləri şücaətlərdən danışıb, gənclərin vətənpərvər ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, vətənpərvərliyi gənclərimizə aşılamaq üçün belə konfrans və tədbirlər davamlı şəkildə keçirilir. Sonra tədbirdə çıxış edən digər natiqlər 26 iyun Silahlı Qüvvələr gününün yaranmasının tarixi əhəmiyyətindən və 44 günlük Vətən müharibəsində əldə edilmiş uğurdan və qələbədən bəhs ediblər.
Daha sonra 44 günlük Vətən müharibəsi dövründə, həmçinin bu gün də daim fəallıqları ilə fərqlənən idarə, müəssisə əməkdaşları, gənclər və qazilər fəxri fərmanla təltif olunublar. 
Sonda əbədiyaşar liderin mənalı ömür yoluna həsr olunmuş fotoşəkillərdən ibarət Heydər Əliyev Mərkəzinin salonları ziyarət edilib.