Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxanasında ”Həsən bəy Zərdabi -180” mövzusunda tədbir təşkil edildi

28.06.2022

28 iyun 2022-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxanasında görkəmli ziyalı, jurnalist, Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 180  illiyi ilə əlaqədar "Həsən bəy Zərdabi -180" mövzusunda tədbir təşkil edildi. Tədbirdə  çıxış edənlər ilk öncə Həsən bəy Zərdabinin həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat verdilər. Sonra bildirdilər ki, XIX əsrdə çarizm Azərbaycan maarifçilərinin başqa mütərəqqi təşəbbüsləri kimi, milli mətbuat yaratmaq cəhdini də boğurdu. Azərbaycan xalqı belə bir dövrdə böyük Mirzə Fətəli Axundzadənin bir sıra ləyaqətli, mübariz xələfini yetirib ərsəyə gətirdi ki, onların sırasında birinci Azərbaycan qəzeti olan "Əkinçi"nin banisi və redaktoru Həsən bəy Zərdabinin surəti əzəmətlə ucalır. 1875-ci il 22 iyulda çar hökumətinə müraciətindən sonra məhz onun əməyi sayəsində "Əkinçi" qəzetinin nəşrinə başlanmış və bununla da Azərbaycanda Milli Mətbuatın əsası qoyulmuşdur.
Sonda iştirakçılar "Həsən bəy Zərdabi-180" başlıqlı sərgi ilə tanış oldular.