Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS–nin E.Hüseynov adına Mərkəzi kitabxanası “Görkəmli təbiətşünas alim” adlı sərgi təşkil edib

28.06.2022

28 iyun 2022-ci tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında görkəmli təbiətşünas alim, maarif xadimi Həsən bəy Zərdabinin anadan olmasının 180 illiyi münasibəti ilə “Görkəmli təbiətşünas alim” adlı sərgi təşkil edib. Sərgidə görkəmli maarif xadimi Həsən bəy Zərdabinin əsərləri və haqqında olan materiallar nümayiş olunub. Tədbirdən bir qrup tələbə, şagird, fəal oxucular bəhrələnib. Kitabxana əməkdaşları sərgi ətrafında oxucularla söhbətdə Həsən bəy Zərdabinin təbiətşünas alim, fəal publisist,görkəmli maarif və mətbuat xadimi kimi xidmətləri haqqında ətraflı məlumat veriblər. Sərgi ilə tanışlıq zamanı BDU-nun tələbəsi Omarov Murad Həsən bəy Zərdabinin hələ XIX əsrin sonlarında Azərbaycanda yeni bitki sortları yaratmaq, ən gəlirli sahə kimi barama qurdlarının saxlanılması sahəsində apardığı işlərdən bəhs edib. Tələbələrdən Bəbirova Elnurə, Məmmədova Həyat böyük alimin xeyirxah əməllərlə yaşadığını, xalqının cəhalət və nadanlıq zülmündən qurtarması, gənclərin elmli, mədəni olması, böyük amallarla yaşaması üçün fədakarlıq göstərən bir ziyalı olduğunu qeyd ediblər.