Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasında İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar olaraq maarifləndirici tədbir keçirilib

30.07.2022

30 iyul 2022-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxanasında İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar olaraq "İnsan alverinin qurbanı olma!" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə fəal oxucular və kitabxana əməkdaşları iştirak edib.

Çıxış edənlər bildiriblər ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir və ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, xüsusilə əhali arasında geniş maarifləndirmə işləri mütəmadi qaydada həyata keçirilir.

Tədbirin məqsədi insan alverinin potensial qurbanlarının maarifləndirmə və təbliğat işini təşkil etmək məqsədilə onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə, inzibati tədbirlər, cinayət-hüquqi və digər tədbirlər barədə təbliğatı geniş oxucu kütləsi arasında genişləndirməkdir.