Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mərkəzi Kitabxanası, Uşaq şöbəsi və şəhər 1 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar olaraq tədbir təşkil olunub

01.08.2022

01 avqust 2022-ci il tarixində Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanası, Uşaq şöbəsi və şəhər 1 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar olaraq "Ana dilimiz zəngin milli sərvətimizdir" adlı tədbir təşkil olunub.

Tədbirdə kitabxana əməkdaşları və kitabxananın oxucuları iştirak ediblər. 

Mərkəzi Kitabxananın əməkdaşı Nəzakət Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki,1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Daha sonra şəhər 1 saylı kitabxana filialın filial müdiri Çinarə Abdullayeva, Uşaq şöbəsinin əməkdaşı Kəmalə Aşurova mövzu ətrafında geniş çıxış edərək, öz fikirlərini bildiriblər. 

Sonda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar olaraq təşkil olunmuş kitab sərgisinə baxış keçirilib.