Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon E. Hüseynov adına Mərkəzi Kitabxanası və Uşaq şöbəsi Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirib

01.08.2022

01 avqust 2022-ci il tarixində E. Hüseynov adına Mərkəzi Kitabxana oxu zalında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Dilimiz milli varlığımızın əsas atributu, milli sərvətimizdir" adlı məruzə keçirib. Tədbirdə tələbələr, şagirdlər, fəal oxucular, kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova Ulu Öndərin mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atdığını, bu ənənələrin ölkə Prezdenti İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edib. Kitabxananın əməkdaşı İradə Hacıyeva “Dilimiz Milli varlığımızın əsas atributu, milli sərvətmizdir” adlı məruzə ilə çıxış edərək, dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” Sərəncamların və bu istiqamətdə görülən işlərin dilimizin inkişafına böyük qayğının təzahürü olduğunu bildirib.

Sonda fəal oxucular şairlərimizin ana dilinə yazdıqları şerlərdən parçalar söyləyib, “Dilimiz Milli Varlığımızdır” adlı sərgi ilə tanış olublar. 

Həmçinin, Mərkəzi kitabxananın Uşaq şöbəsi oxu zalında "Dilimiz milli varlığımızdır" adlı şeir saatı təşkil edib.

Tədbirdə azyaşlı fəal oxucular iştirak edib. Baş kitabxanaçı Rahidə Kazımova Azərbaycan dilinin xalqımızın milli-mənəvi sərvəti, onun milli varlığını müəyyən edən başlıca amillərdən biri olduğunu tədbir iştirakçılarına çatdırıb. Məktəblilər ana dilimizə həsr olunmuş şeirlər söyləyiblər.