Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar olaraq Aşıq Ə. Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin və filiallarının birgə təşkilatçılığı ilə tədbir təşkil olunub

02.08.2022

01 avqust 2022-ci il tarixində Aşıq Ə. Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin və filallarının iştirakı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar olaraq "Musiqi cilvəli ana dilimiz" adlı tədbir təşkil olunub.

Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan dilimiz şəxsi mülkiyyət deyil, milli sərvətimizdir, Dilimiz sapsağlamdır, öz incəliyiylə, gözəlliyiylə, lətafətiylə hər birimizindir. Əlifbamız baxımlıdır, sözlərimiz dadlı-tamlıdır, məna çalarları cilvəlidir. Bu dillə zarafat etmək olmaz. Onu qoruyub əzizləməliyik, nazı ilə oynamalıyıq, bütün ömrümüz boyunca.