Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

02.08.2022

02 avqust 2022-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin banisi Heydər Əliyev və bu siyasətə sadiqlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini İctimai- siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova, məktəb direktorları, müəllimlər, muzey rəhbərləri, mədəniyyət işçiləri, Mədəniyyət Mərkəzi və MKS-nin əməkdaşları iştirak ediblər.

 Çıxışlarda qeyd olundu ki, dövlətimizin bugünkü uğurları məhz xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsinin, Prezident İlham Əliyevin bu siyasətə sadiqliyinin və prinsipial mübarizəsinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev ölkəni çətin, böhranlı vəziyyətdən xilas edərək Müstəqil Azərbaycan kimi şah əsərini yaratdı, sözün həqiqi mənasında azad, firavan bir dövlət quraraq gələcəyə aparan yollar müəyyən etdi. Bu yol Ulu öndərin ölkəmizə rəhbərliyinin ilk dövründə başladı, milli özünüdərk, milli özünəqayıdış kimi dəyərləri oyatdı. Milli maraqlara xidmət edən bu bənzərsiz inkişaf yolu məhz bugünkü zəfərlə, qalibiyyətlə dolu gələcəyimizi təmin etdi. 

Doğma dilimizin dövlət dili statusu qazanmasında, qorunub saxlanmasında, inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri vardır. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin və ədəbiyyatımızın qorunması istiqamətində böyük mübarizələr aparmış, Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltməklə xalqımızın milli kimliyini bütün dünyaya təqdim etmişdir.