Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Mahmud Ələsgər oğlu Namazovun ailəsi ziyarət edilib

05.08.2022

05 avqust 2022-ci il tarixində Ağstafa şəhər 1 saylı Folklor klubunun əməkdaşı Arzu Nəbiyeva Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini şəhid Mahmud Ələsgər oğlu Namazovun ailəsini ziyarət edib. 

Mahmud Ələsgər oğlu Namazov 1992-ci il martın 1-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahmud Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Mahmud Namazov oktyabrın 30-da Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn olunub.

 Xatırladaq ki, Mahmud Namazov ölümündən sonra "Vətən uğrunda",  "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.