Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Sülh günü münasibətilə tədbir keçirilib

21.09.2022

21 sentyabr 2022-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Sülh günü münasibətilə "Qoy həmişə günəş olsun" mövzusunda tədbir keçirilib.

Tədbirdə fəal oxucular və kitabxana əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, BMT 1981-ci il  21 sentyabr tarixinin Beynəlxalq Sülh günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Sülh  bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir. Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Respublikamızda da Beynəlxalq Sülh günü xüsusi olaraq qeyd edilməkdədir.