Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 21 sentyabr - Beynəlxalq Sülh günü ilə bağlı N.Tusi adına məktəb-liseydə şagirdlər üçün məlumatlandırıcı məruzə təşkil edib

21.09.2022

21 sentyabr 2022-ci il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 21 sentyabr - Sülh günü ilə bağlı "Yurdda sülh, cahanda sülh" mövzusunda N.Tusi adına məktəb-liseydə şagirdlərə məruzələrlə çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin,hər cür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. 21 sentyabr tarixi nəinki xalqlar arasında ,həmçinin məktəblərdə,ailələrdə,ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına ,köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.