Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Sülh gününə həsr olunmuş tədbir keçirilib

21.09.2022

21 sentyabr 2022-ci il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Sülh gününə həsr olunmuş “Dünyaya sülh gərəkdir” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın fəal oxucuları, məktəblilər və kitabxana əməkdaşları iştirak edib. Kitabxananın əməkdaşı Qönçə Hüseynova Beynəlxalq Sülh gününün yaranma tarixi haqqında ətraflı məlumat verərək və qeyd edib ki, 21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın qorunması deməkdir. Bütün müharibələr sülh ilə sona çatıb. Bu səbəbdən də 21 sentyabr bütün insanlar üçün çox vacibdir. 

Tədbirin davamında məktəblilər sülhə, vətənə həsr olunmuş şeirlər səsləndiriblər.

 Sonda mövzuya həsr olunmuş kitab sərgisinə baxış keçirilib.