Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyi, H. Arif Ev Muzeyi və 1 saylı Folklor klubunun əməkdaşları şəhid Əliyev Tahir Çingiz oğlunun ailəsini ziyarət ediblər

22.09.2022

22 Sentyabr 2022-ci il tarixində Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyi, H. Arif Ev Muzeyi və 1 saylı Folklor klubunun əməkdaşları şəhid Əliyev Tahir Çingiz oğlunun ailəsini ziyarət ediblər. Şəhidin ailəsi onun uşaqlıq xatirələrindən və döyüş yolundan danışıb.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Əliyev Tahir hərbi Ağstafanın Xətai kəndində anadan olub. 

Əliyev Tahir Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olub.