Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları ”Anım günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun ailəsini ziyarət ediblər

22.09.2022

22 sentyabr 2022-ci il tarixində Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları "Anım günü" ilə əlaqədar 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun ailəsini ziyarət ediblər.

Qeyd edək ki, Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax rayonunda anadan olub. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin I sinfinə daxil olub, 2012-ci ildə məzun olub.

25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirilib. O, ölümündən sonra cənab Prezidentin Sərəncamlarına əsasən, "Vətən uğrunda” , "Şuşanın azad olunmasına görə” , "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.