Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa Mərkəzi Kitabxanası, 1 saylı şəhər Folklor klubunun birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq tədbir keçirilib

26.09.2022

26 Sentyabr 2022-ci il tarixində Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa Mərkəzi Kitabxanası, 1 saylı şəhər Folklor klubunun birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə muzey və kitabxana əməkdaşları, Ağstafa şəhər 1 saylı tam orta məktəbin müəllimləri, şagirdləri və valideyinlər iştirak edib.

 Tədbir Azərbaycan Respublikasının Dövət Himni ilə açıq elan edilib və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk olaraq Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Yeganə Bayramova çıxış edərək bildirib ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 2 il ötür. O qeyd edib ki, Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanıb və haqq savaşında qalib olub.

Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Şəhidlərdən, qazilərimizdən, gözü yaşlı qalan analarımızın fəryadından ürək ağrısı ilə bəhs edib.

Tədbirin davamında isə Ağstafa şəhər 1 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlər Ölməz!

Şəhidlər ölməz, Vətən bölünməz!