14.06.2018
14 İyun 2018-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxananın 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə “Qurtuluş Günü -Haqqın, həqiqətin təntənəsi” adlı tədbir təşkil edildi. Tədbiri MKS-nin direktoru Güldərən İbrahimova açdı və 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə bütün Azərbaycan xalqını və həmçinin tədbir iştirakçılarını təbrik etdi. O, qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Oxu zalının müdiri Sevda Bağırova çıxış edərək bildirdi ki, bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
Orta məktəbin şagirdi Könül Həsənova “Vətənim Azərbaycan” şeiri ilə çıxış etdi.
15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təşkil olunmuş sərgiyə tədbirdən sonra baxış keşirildi, iştirakçılar mövzu ilə bağlı sərgilənmiş kitablar və dövrü mətbuatla tanış oldular.