Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxanasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

27.09.2022

27 sentyabr 2022-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxanasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Qanları ilə tarix yazanlar" başlıqlı tədbir keçirilib.

 Tədbirdə ilk olaraq Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman igidlərimizin xatirəsin bir dəqiqəlik sükutla yad edilib. MKS-nin direktoru Güldərən İbrahimova Zəfər tarixinə nəzər salaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən uzun illər həllini tapmamış və aparılan danışıqlar nəticəsiz qalmışdır: “2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqımızın yenilməz birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbələr endirmişlər.

Tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Zeynallı Fikrət Akif oğlunun anası Qızxanım Sultanova və Mehdiyev Seymur Hüseyn oğlunun anası Nüşabə Mehdiyeva çıxış edərək şanlı Vətən müharibəsində Şəhidlərimizin şərəfli döyüş yollarından bəhs edib və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.