Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 sentyabr Anım Günü ilə əlaqədar Ağstafanın Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilib

27.09.2022

27 sentyabr -Anım Günü ilə əlaqədar Ağstafa rayonunda Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri “Şəhidlər Xiyabanı”nda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onları ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Saat 12:00-da tədbir iştirakçıları bütün ölkə ərazisində olduğu kimi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Gün ərzində növbəlilik əsasında idarə və müəssisələrin kollektivləri “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər