Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Qovlar qəsəbə Uşaq Musiqi Məktəbində Anım Günü ilə bağlı ”Əbədi yaşar qəhrəmanlarımız” adlı konfrans təşkil olunub

27.09.2022

27 sentyabr 2022-ci il tarixində Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində Anım Günü ilə bağlı "Əbədi yaşar qəhrəmanlarımız" adlı konfrans təşkil olunub.

 Məktəbin direktoru Vəfa Kərimova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Konfrans müəllimlərin çıxışı və şagirdlərin şeirləri ilə davam etdirilib.