Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda 27 sentyabr – Anım Günü qeyd olunub

27.09.2022

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətənimiz uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sentyabrın 27-si Anım Günü kimi Azərbaycanın bütün ərazi bölgələrində, şəhər və rayonlarında, o cümlədən Tovuz rayonunda da qeyd edilib.

Sentyabrın 27-də Tovuzda - Anım Günü münasibətilə rayonun sakinləri Tovuz rayon "Şəhidlər Xiyabanı"nı ziyarət edib.

Bu Anım Günündə Şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirəsi yad edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.