30.09.2022
30 sentyabr 2022-ci il tarixində Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Ahıllar günü münasibətilə "Ahıllara diqqət hər kəsin borcudur" mövzusunda tədbir keçirilib.
Sakinlərin iştirakı ilə baş tutan tədbirdə çıxışlarda qeyd olunub ki, ahıl insanlara daim diqqət olunmalı və qayğı göstərilməlidir. Yaşlı nəsil cəmiyyətimizin daim özəyini təşkil edir. Və onlar bir növ keçmişi özlərində əks etdirirlər. Ona görə də onlara diqqət, qayğı daim hər kəsin borcudur.