12.11.2022
12 noyabr 2022-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində 12 Noyabr- Konstitusiya günü münasibətilə ilə filiallar ilə birgə "Qanunları bilmək vacibdir" adlı dəyirmi masa təşkil edilib.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva açaraq Konstitusiya gününün yaranma tarixindən danışıb. O bildirib ki, Konstitusiya aktında qeyd olunan insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ən ali məqsədidir.
Digər çıxış edənlər qeyd ediblər ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindəndir. Ulu Öndər Heydər Əlievin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindəndir.