Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan xalçaları rəssamların əsərlərində” başlıqlı tədbir keçirildi

14.11.2022

Noyabrın 14-də Ağstafa Dövlət Rəsm Qalereyasında “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən rəsm dərnək şagirdlərinin iştirakı ilə "Azərbaycan xalçaları rəssamların əsərlərində" adlı tədbir keçirildi. Rəsm dərnək rəhbəri Ehtiram Xəlilov dərnək şagirdlərinə qədim Azərbaycan xalçalarının xarici tacirlər tərəfindən çox bəyənildiyini və məşhur Avropa rəssamlarının da əsərlərində xalçalarımızın o cümlədən Qazax xalçalarının təsvirinə geniş yer verildiyi haqqında məlumat verib.