Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzində Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirildi

16.11.2022

Noyabrın 16-da Qazax rayon Heydər Əliyev Mərkəzində Milli Dirçəliş Günü ilə əlaqədar “Milli birlik və həmrəyliyin qələbəsi - Dirçəliş Günü” mövzusunda tədbir keçirilib. 

 Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bu gün münasibətilə hər kəsi təbrik edib və bildirib ki, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı müstəqil Azərbaycanın təməlini qoyub və xalqın azadlıq uğrunda mübarizəsinin əsas mərhələlərindən biri sayılır.

 Qazax Dövlət Sosial İqtisadi Kollecin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Aybəniz Məmmədova Azərbaycanın müstəqilliyə qədərki tarixindən və bu tarixdə Ermənistan və Rusiyanın təsirindən danışıb. O, Azərbaycanın müstəqillik qazanması yolunda verdiyi itkilər və 23 il əvvəlki hadisələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 

Qeyd edək ki, 1988-ci il noyabrın 17-i Azərbaycanın Sovet İmperiyasına qarşı Milli Azadlıq hərəkatının geniş vüsət aldığı gün kimi qiymətləndirilir. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.