Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində ”Uşaqlar gələcəyimizin davamçılarıdır” adlı maarifləndirici tədbir təşkil olundu

22.11.2022

Noyabrın 22-də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında (27 noyabr 2020-ci il tarixli 306 nömrəli Sərəncamı" ilə bağlı "Uşaqlar gələcəyimizin davamçılarıdır" başlıqlı tədbir təşkil olunub. İlk öncə məktəbin direktoru Vəfa Kərimova çıxış edərək bildirib ki, uşaqların internet təhlükəsizliyinin təmin olunması olduqca önəmli məsələdir. Bu mövzuda həm valideyinlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidirlər.Daha sonra qeyd edilib ki, uşaqların yaşlarına uyğun məlumatları əldə edə bilməsi üçün daim valideyin nəzarətində olmalıdır. Uşaqlar dövriyyəsi qadağan edilən informasiyalardan zorakılığı və qəddarlığı təbliğ edən, o cümlədən cinayətləri təbliğ edən informasiyalardan uzaq tutulmalıdırlar.