Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz Tarix-Diyarşünaslıq Muzeyində ”Uşaqları zərərli informasiyadan qoruyaq” adlı tədbir keçirildi

22.11.2022

22 noyabr 2022-ci il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025 ci illər Fəaliyyət Planı "nın təsdiq edilməsi haqqında "Uşaqları zərərli informasiyadan qoruyaq" adlı tədbir keçirilib. 

 Tədbirdə çıxış edən muzeyin direktoru Günel Qasımova uşaqların sosial mediada yayılan və gündəlik həyatda baş verən zərərli informasiyadan necə qorumaq haqqında fikirlər söylədi. Onların daha tez mənfi informasiyaların təsirinə düşə biləcəkləri ehtimalı barədə danışdı. Və bu kimi nəzarət tədbirlərinə valideynlərin xüsusi diqqət etməsini qeyd etdi. 

 Çünki, uşaqlar bizim, dövlətimizin və cəmiyyətimizin sağlam gələcəyi üçün qorunmalıdırlar və sağlam yetişdirilmədirlər.