Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi Kitabxanasında “Hüseyn Abbaszadə yaradıcılığı” adlı kitab sərgisi və Qazax rayon MKS-nin Uşaq şöbəsində ”Uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir təşkil edildi

22.11.2022

Qazax rayon Mərkəzi Kitabxanasında Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüseyn Abbaszadə yaradıcılığı” adlı kitab sərgisi təşkil edildi

22 noyabr 2022-ci ildə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüseyn Abbaszadə yaradıcılığı” adlı sərgiyə baxış keçirib. Xalq yazıçısı Hüseyn Abbaszadənin əsərləri və onun haqqında yazılmış materialları əhatə edən sərgi ətrafında müxtəlif yaş qruplu oxucularla söhbət aparılıb. Kitabxana əməkdaşları söhbət zamanı bildiriblər ki, Hüseyn Abbaszadə yaradıcılığa müharibə illərində (1941-1945) cəbhə qəzetində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlə başlamış, Azərbaycanın qəhrəman oğlu, istedadlı sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, General Həzi Aslanovun taleyinə həsr etdiyi “General” romanı onun haqqında yazılmış yeganə epik əsərdir. Oxucular sərgi ilə tanışlıq zamanı yazıçının əsərləri haqqında geniş məlumat əldə ediblər.

Həmçinin, Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsində "Uşaqların zərərli informasiyadan qorunması" adlı maarifləndirici tədbir keçirib. Məktəblilərin iştirak ediyi tədbirin məqsədi şagirdlərdə informasiya ehtiyatlarından düzgün istifadəsi, milli-mənəvi, əxlaqi dəyərlərmizi qoruyub saxlamaq, uşaqların həyat və sağlamlıqlarına təhlükə yaradan əməllərdən uzaq olmasından ibarət olub. Şöbənin əməkdaşları Musayeva Gülbəsti və Quluyeva Aytəkin məktəblilərlə söhbət zamanı qeyd ediblər ki, uşaqlar yaşlarına uyğun məlumatlar əldə etməli, zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə, uşaqların həyat və sağlamlığına təhlükə yaradan əməlləri təbliğ edən, qorxu və əxlaqdan kənar informasiyalardan uzaq olmalıdılar.