Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə bağlı dəyirmi masa keçirildi

23.11.2022

Noyabrın 23-də Qazax rayon Mədəniyyət Mərkəzində 25 noyabr - Qadın Zorakılığına Qarşı Mübarizə Günü münasibəti ilə "Qadınlara qarşı zorakılığa "YOX" deyək!" adlı dəyirmi masa keçirilib.

   Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva müasir dövrdə qlobal xarakter daşıyan bu problemin 1999-cu ildə BMT-nin 25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan etməsi ilə qabardıldığını bildirib. Bu günün əhəmiyyəti dünya ictimaiyyətinin, beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının diqqətini qadın zorakılığına qarşı mübarizəyə yönəltməkdir.

Sonra Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyev, 1 nömrəli Diyarşünaslıq klubunun metodisti Mehriban Hüseynova, mədəni təşkilatçı Sərgül Əliyeva çıxış edərək bildiriblər ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qadın zorakılığına qarşı mübarizə daim diqqət mərkəzindədir. Mövzuya dair müxtəlif tədbirlər keçirilir, layihələr icra olunur. Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün əhaliyə düzgün istiqamətlənmiş məlumatlar təqdim etməkdir.