15.11.2017
Noyabrın 15- də Qazax Rayon Heydər Əliyev Mərkəzində " İşğal altında olan tarixi abidələrimiz" mövzusunda seminar məşğələ təşkil olundu. Seminarda Qazax Dövlət Sosial İqtisadi kollecin müəllim və tələbələri iştirak etdilər. Seminarda gənclərə ermənilər tərəfindən işğal edilərək məhv edilmiş və dağıdılmış tarixi abidələrimiz haqqında məlumat verildi və onların statistikası əks olunmuş xüsusi stend və şəkillər nümayiş etdirildi.