Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

08.11.2017

Noyabrın 8- də Qazax rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə "Suverenliyimizin rəmzi olan üçrəngli bayraq" mövzusunda tədbir keçirildi. Tədbirdə Qazax şəhər F.Şamoyev adına 4 saylı orta məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak etdilər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Cümhuriyyətimizin tarixindən danışılıb, bildirilib ki, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız xalqımızın milli qürur mənbəyidir: “Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır. Bu bayrağı daim uca tutmaq isə hər bir azərbaycanlının borcudur”.