Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə ilə əlaqədar yuxarı sinif şagirdlərinə mühazirə oxundu

24.11.2022

Noyabrın 24-də Tovuz rayon Mərkəzi Kitabxanası Tovuz şəhər N.Tusi adına liseydə Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə ilə əlaqədar "Həyatını zəhərləmə, yaşamaq üçün hə de" mövzusunda yuxarı sinif şagirdlərinə mühazirə oxunub.

Tədbirdə müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları haqqında şagirdlərə geniş məlumat verilib və bildirilib ki, narkotik maddə qəbul edən bir narkoman ən azı 10-15 nəfəri narkomanlığa cəlb edə bilər. 

Eyni zamanda, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüyüb inkişaf etməsi istiqamətində söhbətlər aparılıb.