Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olundu

24.11.2022

Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən, Noyabrın 24-də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində "Unudulmazlar sırasına girən bəstəkar" adlı konsert proqramı təşkil olunub. 

Musiqi məktəbinin direktoru Vəfa Kərimova çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb. O bildirib ki, Fikrət Əmirov musiqinin demək olar bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. "Nizami" simfoniyası, "Sevil" operası, "Min bir gecə" baleti bəstəkarın musiqi irsinin qiymətli nümunələridir.

Tədbirin davamında məktəbin müəllim və şagirdlərinin ifasında dahi bəstəkarın əsərləri səsləndirilib. 

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan tədbir iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.